Macarıstan Kiyevlə Aİ-yə üzvlüklə bağlı danışıqları "məsuliyyətsiz addım" adlandırdı

DÜNYA
20:06 / 11.12.2023
463

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Ukrayna ilə Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqların hazırkı mərhələdə mümkün başlaması məsuliyyətsiz addım olardı. 

HİT.az bu barədə TASS-a istinadən xəbər verir.

“Avropa baxımından Ukraynanın üzvlüyü ilə bağlı danışıqlara başlamaq tamamilə məsuliyyətsizlik olardı. Biz bu yanaşmanı rədd etdiyimizi açıq şəkildə bildirmək istərdik”, deyə Siyarto bildirib.

O, Avropa Komissiyasının Kiyevin üzvlük üçün zəruri olan bir sıra bəndləri yerinə yetirməsi ilə bağlı bəyanatlarının “reallığa uyğun olmadığını” vurğulayıb. Siarto hesab edir ki, danışıqlara başlamazdan əvvəl Ukraynanın Aİ-yə daxil olmasının nəticələrini təhlil etmək lazımdır.

"Biz Aİ ilə Ukrayna arasında daha sıx əməkdaşlığın bütün ölkələrə nə dərəcədə fayda verə biləcəyi ilə bağlı strateji müzakirələrin aparılmasının tərəfdarıyıq", deyə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Daha əvvəl bildirilmişdi ki, Macarıstanın baş naziri Viktor Orban dekabrın 14-15-də Brüsseldə keçiriləcək sammitdə buna razılıq verməsə, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar mart ayına təxirə salına bilər.

Samir

0