"Bitkoin"in bahalaşmasının arxasında nə dayanır? - RƏY 

İQTİSADİYYAT
11:42 / 12.12.2023
422

Dünyanın ən bahalı kriptovalyutası olan "Bitkoin"lə bağlı süpriz proqnoz verilib. 

Belə ki, sözügedən kriptovalyutanın yaxın zamanda 55 min dolları ötəcəyi ehtimal edilir. 

Maraqlıdır, uzun zaman sonra belə bahalaşmanın gözlənilməsi nə ilə bağlıdır? Həqiqətən "Bitkoin" 55 min dollara çata bilər? 

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, "Bitkoin"in dəyərinin nə üçün bahalaşıb, ucuzlaşdığı müəmmalıdır:

339688
"Ümumiyyətlə, kriptovalyuta bazarı olduqca risklidir. Hətta "Bitkoin" ən riskli investisiyalardandır. Ona görə də investorlar bundan çəkinməli və yaxud da riskləri düzgün qiymətləndirməlidirlər. Çünki "Bitkoin"in daxili dəyəri yoxdur, ancaq mübadilə dəyəri var. Yəni satılmasa dəyəri sıfır da ola bilər".

Ekspertin sözlərinə görə, "Bitkoin"in dəyərinin son zamanlarda bahalaşmasının 2 əsas səbəbi var:

"Birincisi, "BlackRock" şirkətidir. Bu, dünyanın ən böyük 2 fondundan biridir. Həmçinin, bu şirkət kriptovalyuta səbətindən ibarət olan birjalarda "ETF" irəli sürdü. Bunlarla da investorlar kriptovalyuta bazarına investisiya qoyarkən bir kriptovalyutanın riskini daşımayacaq, bütün səbətə yatırım etmək imkanı qazanacaqlar. 

Yəni ondan sonra kriptovalyutaların qiymətində sürətli artım yaşandı. Eyni zamanda, inflyasiyanın azalmasının özü də "Bitkoin"in bahalaşmasına müsbət təsir edir. Amma sözügedən kriptovalyutanın bahalaşması həddindən artıq riskli məsələdir. Çünki qiyməti kəskin şəkildə də aşağı düşə bilər". 

Pərviz

0