İlin sonuna kimi sülh müqaviləsi imzalana bilər? - RƏY 

SİYASƏT
15:50 / 12.12.2023
530

"Azərbaycanla Ermənistan arasında uzun illərdir davam edən gərginlikdən sonra iki ölkə rəsmilərinin heç bir vasitəçi olmadan sərhəddə görüşməsi, habelə əsirlərin mübadiləsi tərəflər arasında sülh müqaviləsinin imzalanmasına dair ümidləri artırıb". 

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Elçin Abdullayev deyib. 

Ekspert hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında ABŞ və Rusiyanın da mövqeyi həlledici ola bilər:

339721

"Mənə elə gəlir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında kənar təsirlərin də rolu ola bilər. Zənnimcə, burada böyük güclərin də təsiri və rolu olacaq. Nəzərə almaq lazımdır ki, Rusiya və ABŞ kimi dövlətlər dünyanın bir çox nöqtələrində, o cümlədən də Qafqazda mübarizə aparırlar. Ona görə də düşünürəm ki, qısa zamanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması həm də Moskva və Vaşinqtonun istəyinə bağlıdır".

O qeyd edib ki, Rusiya sülh müqaviləsinin Moskvada, ABŞ və Avropa İttifaqı isə Qərbdə bağlanmasının tərəfdarıdır:

"Onlar hesab edirlər ki, sülh müqaviləsi hansı ölkədə imzalansa həmin dövlətin Qafqazdakı mövqeləri güclənəcək. Fikrimcə, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi ABŞ və Rusiya arasındakı düşmənçiliyin də həllinə bağlıdır. Nəticədə, Moskva və ya Vaşinqton geriyə addım ata bilər.

Əgər ABŞ və Rusiya arasındakı münasibətlər bu ilin sonuna qədər həll olunmasa, Bakı ilə İrəvan arasındakı sülh müqaviləsinin də cari ilin sonuna qədər imzalanmayacağını düşünürəm".

Pərviz

0