Slovakiya Xarici İşlər Nazirliyi Ukraynanın Avropa İttifaqına daxil olması üçün xüsusi şərtlərə qarşı çıxıb.
HİT.az xəbər verir ki, bu barədə Slovakiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Slovakiya Ukraynanın Avropa İttifaqına üzvlük prosesi ilə bağlı tövsiyələrin yerinə yetirilməsi səylərini dəstəkləyir, halbuki şərtlər bütün namizəd ölkələr üçün eyni olmalıdır", deyə Slovakiya Xarici İşlər Nazirliyi bildirib.
Bratislava ilk növbədə, Ukrayna ərazisində münaqişə zamanı sülhün əldə olunmasını, eləcə də Avropa İttifaqına daxil olmaq üçün qəbul edilmiş bütün islahatların və tədbirlərin həyata keçirilməsini vacib sayır.
Bundan əvvəl Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanoş Boka bildirmişdi ki, Avropa İttifaqı ölkələrinin 1/3-i Ukraynanın təşkilata üzvlüyünə şübhə edir.
Dekabrın 11-də Macarıstanın xarici işlər naziri Peter Siyarto ukraynalı həmkarı Dmitri Kuleba ilə söhbətində Avropa Komissiyasının Ukrayna ilə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq təklifinin hazırlanmadığını bildirib.
Samir