Vikipediya Əli Həsənov haqqında məlumatlara yeni əlavələr edib.
Konkret.az xəbər verir ki, həmin məlumatlarda onun FETO ilə əlaqələri ilə bağlı araşdırma aparıldığı deyilir.
Eyni zamanda 1995-ci ildən 2019-cu ilə qədər Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik etmiş Həsənovun oğlu Şamxal Həsənovun Azərbaycanda FETO-ya dəstək verməsi haqda məqalələrlə cıxış etdiyi vurğulanır. Hər iki fakt üzrə araşdırmanın davam etdiyi diqqətə çatdırılıb.
Məlumatda eyni zamanda Əli Həsənovun dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsində iştirak etdiyi bildirilir.