Bakı və İrəvan “güzgü prinsipi”nə razılaşır? - Mirzoyanın iddiası

SİYASƏT
22:57 / 13.12.2023
420

İrəvan və Bakı qoşunların sərhəddən çıxarılması imkanını müzakirə edir.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iddia edib.

Onun sözlərinə görə, Azərbaycanla razılaşmanın birinci hissəsi, xüsusilə İqlim Konfransı ilə bağlı olan icra olunub, ikinci hissəsi bu gün yerinə yetirilməlidir. Söhbət əsirlərin dəyişdirilməsindən gedir.

“Lakin bu, etimadın yaradılması yolunda mümkün olan yeganə razılaşma deyil. Məsələn. Ermənistan-Azərbaycan sərhədində qoşunların çıxarılması (“güzgü prinsipi”) təşəbbüsü ilə çıxış etdik. İnanırıq ki, bu, müsbət təsir göstərəcək və yeni eskalasiyanın qarşısını almağa kömək edəcək. Bu haqda razılaşmanın olduğunu demirəm. Bu ideyadır, müzakirə olunur, başqa fikirlər də var”, - o deyib.

Mirzoyan qeyd edib ki, sülh sazişi üzrə işlərin böyük hissəsi görülüb və indi görüşmək, mühüm məsələlər üzrə yekun razılığa gəlmək lazımdır. Erməni nazir görüş formatının beynəlxalq iştirakçıların vasitəçiliyi ilə davam etdirilməli olduğunu deyib.

0