Xəlifə Ömərin məzarını qazıb içini boşaltdılar (FOTO)

DÜNYA
16:48 / 27.05.2020
5283

Suriyada Bəşər Əsəd rejiminə bağlı silahlı qruplaşmalar İslam xəlifələrindən biri olan Ömər bin Əbdüləzizin məzarını qazaraq içini boşaldıblar.

Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, xəlifənin nəşinin qalıqlarının aqibəti məlum deyil.

Məlumatda terrorçuların bu dəfə İdlib şəhərinin Maaratünnuman rayonunun Dəyr Şərqi kəndində Xəlifə Ömər bin Əbdüləzizin məzarını hədəf aldıqları bildirilib.

İslam Xilafətinin ikinci xəlifəsi Ömərin nəvələrindən biri olan Əbdüləzizin məzarının boş olduğu, nəşinin qalıqlarının naməlum istiqamətə aparıldığı qeyd edilib.

0