Növbədənkənar prezident seçkiləri ilə əlaqədar YAP İdarə Heyətinin iclasının vaxtı məlum olub.
APA-nın əldə etdiyi xəbərə görə, İdarə Heyətinin genişləndirilmiş iclası 15 dekabrda Heydər Əliyev Mərkəzində keçiriləcək.
İclasın gündəliyinə İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi daxil edilib.