ABŞ Konqresi Ukraynaya yardım paketi ilə bağlı razılığa gəlməzsə, Rusiya prezidenti Vladimir Putinə "Milad hədiyyəsi" təqdim edəcək.
HİT.az xəbər verir ki, bu barədə "The New Yorker" jurnalı məlumat yayıb.
Materialda qeyd olunur ki, ABŞ prezidenti Co Bayden və onun ukraynalı həmkarı Volodimir Zelenski qanunvericilərə öz fəaliyyətsizliklərinin təhlükələri barədə dəfələrlə xəbərdarlıq ediblər. Eyni zamanda, məqalə müəllifləri qeyd edir ki, dövlət başçıları faktiki olaraq parlamentarilərin qərarına hansısa formada təsir etmək imkanları olmadığını etiraf ediblər.
"Bayden deyir ki, qanunvericilər Ukrayna üçün əlavə vəsaiti təsdiq etmədən Konqresi Milad fasiləsinə çıxsa, Putinə ən böyük Milad hədiyyəsi verəcəklər", deyə bildirilib.
Jurnalistlər Qərb ölkələrinin Ukrayna münaqişəsinə münasibətinin dəyişməsinə də diqqət çəkiblər. Nəşrin yazdığına görə, bu, Zelenskinin Vaşinqtona son səfəri zamanı aydın görünüb.
Materialın müəlliflərinin fikrincə, Ağ Evin sahibi ilə görüş zamanı Ukrayna lideri "açıqca yorğun" görünürdü. Buna baxmayaraq, Bayden ənənəvi təsəlli sözlərindən istifadə edib.
"Amerika prezidenti yalnız deyib: "Biz bacardıqca Ukraynanı kritik silah və texnika ilə təmin etməyə davam edəcəyik", deyə məqalədə qeyd edilir.
Bunun fonunda jurnalistlər belə qənaətə gəliblər ki, Putinin Moskva ilə Kiyev arasında münaqişə ilə bağlı strategiyası tədricən həyata keçirilir. Üstəlik, bu, vaxtından əvvəl baş verir.
Samir