Bu ilin 10 ayında Azərbaycanda 50040 ölüm halı qeydə alınıb.
Bu barədə HİT.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşüb.