"Bu, Moldova hakimiyyətinin uğuru deyil, Ukraynadakı münaqişə ilə bağlıdır"

DÜNYA
19:50 / 15.12.2023
565

"Avropa İttifaqının Moldova ilə bloka daxil olmaq üçün danışıqlara başlamaq qərarı geosiyasi xarakter daşıyır. Bu, Moldova hakimiyyətinin ləyaqəti ilə deyil, Ukraynadakı münaqişə ilə bağlıdır".

HİT.az xəbər verir ki, bu sözləri Moldovanın eks-prezidenti İqor Dodon özünün "Telegram" kanalında Kişinyovun Aİ-yə daxil olmaq üzrə danışıqların başlanmasını şərh edərkən bildirib.

"Avropa İttifaqına üzv dövlətlərin dünən qəbul etdiyi qərar geosiyasi xarakter daşıyır, bu, hazırkı hakimiyyətin hər hansı uğuru və ya xidmətləri ilə deyil, Ukraynadakı münaqişə ilə bağlıdır. Görünür, Avropa Maya Sanduya yeni etimad səsverməsi vermək qərarına gəlib", deyə Dodon bildirib.

Onun fikrincə, Moldova prezidenti Maya Sandu bu qərarı manipulyasiya edəcək və bundan öz hakimiyyətinin uğursuzluqlarını ört-basdır etmək üçün yararlanacaq. Dodon əlavə edib ki, “bu qərar daha çox avansdır və eyforiya uzun sürməyəcək”.

Dodon vurğulayıb ki, Moldovanın Aİ-yə daxil olması ilə bağlı yekun qərarı referendumda vətəndaşlar verməlidir, lakin ölkə hakimiyyəti bundan qorxur, çünki Aİ-yə inam artıq azalır və bu, yalnız onların günahı ilə bağlıdır.

Samir

0