Qanunla lombardlar telefon va ya noutbuk girovu qarşısında pul verə bilərmi?

İQTİSADİYYAT
20:33 / 15.12.2023
424

Bakıda fəaliyyət göstərən lombardların əksəriyyəti vətəndaşlardan faizlə aldıqları pulla fəaliyyət göstərir. Hətta lombardların çoxunun üzərində yüksək faizlə vətəndaşlardan borc pul götürüldüyü qeyd olunur. Lombard fəaliyyəti göstərənlərin özünün faizlə vətəndaşlardan pul toplaması birmənalı qarşılanmır.

Ekspertlər belə lombardların əksəriyyətinin dələduzluqla məşğul olduğunu, onlara faizlə pul verən, eləcə də girov qoyaraq , pul götürən vətəndaşların pul və qiymətli əşyalarını risqə atdıqlarını söyləyirlər.

Qeyd edək ki, lombardlar əvvəllər qızıl, zinət əşyası müqabilində pul verirdilər. Ancaq indi  noutbuk və “İphone” telefonları da girov qoymaqla borca pul götürmək mümkündür.

Bu cür elanlar lombardlar tərəfindən müxtəlif sosial şəbəkələrdə yayılır. Həmin elanlarda qeyd edilir ki, lombarda noutbuk və ya bahalı telefon qoymaqla müxtəlif məbləğdə vəsait götürə bilərlər.

Mobil telefon və noutbuk girovluğu müqabilində pul kreditinin təklif edilməsi nə dərəcədə doğrudur?

Bu, qanunla hansısa formada tənzimlənirmi?

Hüquqşünas Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, istənilən əşyanı banka girov qoymaqla kredit götürmək olar.
Bu sahədə heç bir məhdudiyyət yoxdur:

“Ancaq bu kimi məsələlərdə bəzi detalları nəzərə almaq lazımdır. Telefon və ya noutbuk elə bir əşyadır ki, orda bizim şəxsi məlumatlarımız var. Yaxşı olar ki, lombarda bu kimi əşyaları girov qoyan şəxs şəxsi məlumatları silsin. Əks halda şəxsi fotoşəkillər, sənədlər, e-poçtlar, parollar kimi məlumatlar başqaları tərəfindən əldə edilə və istifadə oluna bilər. Nəzərə almaq lazımdır ki, məlumatların oğurlanması risqi də böyükdür. Kimlərsə cihazınızda olan məlumatları hədəf alar və bu məlumatları zərərli məqsədlər üçün istifadə edər. Burada şəxsiyyət oğurluğu risqi də mümkündür. Belə ki, cihazda giriş və ya etimadnamələr varsa, həmin şəxsin adı ilə müxtəlif onlayn fəaliyyətlərlə məşğul olunar  və ya hesablara icazəsiz girə bilərlər. Eyni zamanda, zərərli proqram təminatının, yəni virus, trojan, və s. cihazınızda quraşdırılması risqləri də var. Cihazın fiziki təhlükəsizliyinin pozulması da mümkündür”.

Sevinc

0