Heyvanlar aləmi haqqında bilmədiyiniz MƏLUMATLAR 

21:15 / 15.12.2023
740

Heyvanlarla bağlı maraqlı məlumatları diqqətinizə çatdırmağa davam edirik. 

Bu rubrika ilə oxucularımız üçün heyvanlar, quşlar və həşəratlara aid daha öncə bilmədiyiniz faktları təqdim edirik. Burada oxuyanda təəccüblənəcəyiniz və sizdə marağa səbəb olacaq məlumatlar mövcuddur. 

HİT.az sözügedən siyahını təqdim edir:

1. Bütün qurbağaları bir-birinə oxşadırsınız? Amma onların nə az, nə çox tam 2600 müxtəlif cinsi var.
2. İlanların qulağı olmadığı üçün eşitmə qabiliyyəti olmadığını bilirdiniz? 
3. Ayılarla bağlı maraqlı faktla davam edirik. Belə ki, ayılar çox ağır olmasına baxmayaraq, at kimi sürətlə qaça bilirlər. 
4. Atlar insandan daha çox süməyə sahibdir. Atlarda insanlardan 18 dəfə daha çox sümük var.
5. Ən zəhmətkeş həşəratlardan olan qarışqalar öz ağırlığının 50 qatını qaldıra bilirlər. 
6. Elə qarışqa ilə davam edək. Qarışqanın iybilmə qabiliyyəti ən az itdə olduğu qədər inkişaf edib. 
7. Bəs milçəklərin 5 gözü olduğunu bilirdiniz? 
8. Pinqvin isə üzə bilən, lakin uça bilməyən yeganə quşdur.
9. Sizcə, dünyada ən çox insan ölümünə səbəb olan həşərat hansıdır? Nə qədər qəribə olsa da bu, ağcaqanaddır. Hətta bu göstəriciyə görə ağcaqanadlar dünynanın ən təhlükəli canlılarından sayılır. 
10. Qəribə bir statistika ilə siyahını yekunlaşdırırıq. Deməli, araşdırmalar zamanı dünyadakı pişik və itlərin hər il 11 milyard dollar dəyərində qida yediyi məlum olub. 

Pərviz

0