Ağ Ev: "Fələstin Muxtariyyətində islahatlara ehtiyac var"

DÜNYA
17:50 / 15.12.2023
402

Fələstin Milli Aparatının (PNA) idarəçilik təcrübələri və Fələstin xalqının təmsil olunması ilə bağlı administrasiya daxilində bir sıra islahatlar həyata keçirməklə yenilənilməsi və canlandırılması lazımdır. 

HİT.az CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Təl-Əvivdə keçirdiyi mətbuat konfransında deyib.

"Biz həqiqətən inanırıq ki, Fələstin Muxtariyyəti yenilənməli və güclənməlidir. Onun idarəetmə metodu, Fələstin xalqının təmsilçiliyi baxımından yenilənməlidir. Fələstin Muxtariyyətinin liderləri vəziyyətə uyğun olaraq islahat aparmalı və gücü yeniləməlidirlər", deyə Sallivan bildirib. 

ABŞ prezidentinin müşaviri Co Baydenin də Qəzzaya nəzarətin, idarə olunmasının və təhlükəsizliyinin fələstinlilərin üzərinə götürməli olduğunu vurğulayıb.

Samir

0