“Güvən Kargo” 10 min manat cərimələnə bilər

İQTİSADİYYAT
20:54 / 15.12.2023
326

Daşıma şirkəti olan “Güvən Kargo” MMC barəsində inzibati protkol tərtib olunub. 

Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə ittiham olunur. 

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Dekabrın 22-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Hafiz Kamranovun sədrliyi ilə keçiriləcək. 

428.7.1-ci maddəyə görə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Anar

0