“Azərinkom” ASC-yə protokol yazıldı

İQTİSADİYYAT
19:06 / 15.12.2023
337

“Azərinkom” Açıq Səhmdar Cəmiyyəti (ASC) idarəçilik qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir. 

Hit.az xəbər verir ki, ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci (Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsi (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla)) maddəsi ilə iş başlanıb. 

İşə Səbail Rayon Məhkəməsində baxılacaq. 

548.2-ci maddədə vəzifəli şəxslərin beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslərin isə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Anar

0