İldırım vurması nəticəsində ölümlərin artmasına səbəb nədir?

ÖLKƏ
14:47 / 18.12.2023
572

Son illərdə ildırım vurması nəticəsində ölən insanların sayının artdığı müşahidə olunur. 

Xüsusilə xarici ölkələrdə bu hallara daha çox rast gəlirik. Əlbəttə ki, xəbərlərdə tez-tez ildırım vurması nəticəsində hansısa ölkələrdə insanların ölməsi bir çoxlarını narahat edir. 

Ümumiyyətlə, ildırım vurması nəticəsində ölümlərin artmasına səbəb nədir? 

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli HİT.az-a açıqlamasında bildirib ki, ildırım vurması nəticəsində ölən insanlarının sayının artmasının müxtəlif səbəbləri ola bilər:

"Yerin ətrafında süni peyklərin, eləcə də radiodalğaların artması nəticəsində ildırımların sayı arta bilər. Bildiyimiz kimi, ildırım mənfi və müsbət enerjinin birləşməsindən yaranır. Yağış yağdığı zaman atmosferdə yaranan boşluq Yer kürəsində hər hansısa bir qarşılıq gördükdə enerji toqquşması baş verir. Bu zaman insanları ildırım vurur. Əslində ildırım vurması nəticəsində ölümlərin artması ildırımın enerjisinin artması ilə bağlı deyil. Onsuz da ildırımda yüksək gərginlik olur".

340126

Həmsöhbətimiz hesab edir ki, son illərdə insanların geyim tərzini dəyişməsi bu statistikanın artmasına səbəb ola bilər:

"Məsələn, ayaqqabılarımızın yerlə təması müəyyən mənada ildırımın bizi vurmasına təsir göstərə bilər. Bu, həm də insanın öz yaşam tərzini dəyişməsi ilə əlaqəli ola bilər. Həmçinin, meşəlik ərazilərin qırılması, ağacların sayının azalması ildırımlar vurması nəticəsində ölümlərin artmasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, tək ağacları daha çox ildırım vurur. 

Onu da qeyd edim ki, metal ildırımı çəkir. Bu səbəbdən də bütün yüksək binaların üzərinə ildırım ötürücüləri qoyulur. Çünki ildırım həmin ötürücüyə dəysə, binaya zərər verməyəcək. Bəlkə, son zamanlarda insanlar bunu da nəzərə almırlar. Əslində təbiət dəyişməyib, insanın fəaliyyəti dəyişib. Yəni ildırım vurmasından ölümlərin artması insanların son illərdə həyat tərzini dəyişməsi ilə bağlıdır". 

Pərviz

0