"TikTok"da açıq qadın alveri: "Platforma əxlaqsızlığın təbliğ edildiyi seqmentə çevrilib"

ÖLKƏ
22:22 / 19.12.2023
502

Son zamanlar ən çox izlənilən və geniş auditoriyaya sahib olan sosial şəbəkə platformalarından biri məhz “TikTok”dur. 

"TikTok" müəyyən pis vərdişlərə təhrik, insan alverini əlçatan edən, dələduzluq hallarını artıran, eyni zamanda əxlaqi dəyərləri aşındıran neqativ davranışların virtual məkanı olub. Bu platformada qadın alveri açıq formada həyata keçirilir. 

Belə ki, yüngül həyat tərzi yaşayan xanımlar bu platforma da öz hesabları vasitəsilə hansı qiymətə görüşəcəklərini elan edirlər. Təəssüf ki,  “TikTok”da bu kimi paylaşımlar yetərincədir.

Psixoloq Könül İsmayılova Hit.az-a şərhində bildirib ki, “Tik Tok” idarə və nəzarət olunmayan sosial şəbəkədir: 

“TikTok"da istənilən video paylaşılır. Bu sosial şəbəkədən daha çox gənclər və uşaqlar istifadə edir. Bu da gələcəyimizi təhlükə altına atmış olur. "TikTok" sosial və təhlükəsizlik problemləri yaratmaqla yanaşı, cəmiyyətdə, xüsusən uşaqlarda ciddi psixoloji fəsadlar da törədir. Bu şəbəkə insan psixologiyasına çox təsir edir. Təəssüf ki, Azərbaycanda "TikTok" platforması əxlaqsızlığın ən çox təbliğ edildiyi seqmentə çevrilib. Qanun pozuntusu varsa, əxlaqsızlıq aşılanırsa, şərəf və ləyaqətə toxunulubsa, müvafiq orqanlara müraciət etmək lazımdır. Həmin şəxslərə qarşı tədbir görülməyəndə cəzasız mühit olduğunu düşünürlər, rahat şəkildə özlərini büruzə verirlər. Bəli, bu gün bəzi yüngül həyat tərzi keçirən “TikTok”istifadəçiləri təəssüf ki, hansı peşə ilə məşğul olduqlarını etiraf edirlər. Onlar hansı qiymətə görüşdüklərini belə açıq şəkildə qeyd edir. Bu hal isə olduqca pisdir. Bu cür paylaşımlar, o insanlar nəzarətə götürülməlidir”.

Sevinc

0