Azərbaycanda donuz qripi yayıla bilər? - İnfeksionist AÇIQLADI

ÖLKƏ
15:11 / 19.12.2023
375

Son zamanlarda bəzi ölkələrdə donuz qripinin yayıldığı müşahidə olunur.

Xüsusilə Böyük Britaniyada sürətlə yayılan virusun digər ölkələrə keçə biləcəyi narahatlıq doğurur. Bəs donuz qripi yenidən ciddi təhlükəyə səbəb ola bilər?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən infeksionist Mərdan Əliyev bildirib ki, donuz qripinin daha çox yayılma və yoluxma potensialı yoxdur:

340215

"Donuz qripi bəzi ölkələrdə bir neçə dəfə endemik şəkildə aşkar olunub. Müşahidələr göstərir ki, sözügedən xəstəlik bir qədər yayıldıqdan sonra dayanır. Ümumiyyətlə, bu xəstəlik daha çox donuz yeyilən ölkələrdə yayılır. Ona görə də düşünürəm ki, donuz qripinin Azərbaycanda yayılma ehtimalı yoxdur".

Pərviz

0