Çin ABŞ-ın Tayvana hərbi tədarükündən narazıdır

DÜNYA
17:48 / 19.12.2023
315

Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian ABŞ-dan Tayvana hərbi tədarük edilməsinə etiraz edib. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, Pekin ada üzərində öz suverenliyini müdafiə etmək niyyətindədir.

Vu Qian Vaşinqtonun Tayvana 300 milyon dollar dəyərində silah satmaq niyyətini şərh edərkən "Pekin ABŞ-ın Çinin Tayvan bölgəsinə silah satmasından son dərəcə narazıdır və buna qəti şəkildə qarşıdır", deyib.

Onun sözlərinə görə, Vaşinqtonun bu cür hərəkətləri Çinin təhlükəsizliyini pozur və Tayvan boğazının hər iki tərəfində “sülh və sabitliyə ciddi təhlükə” yaradır. Hərbi rəsmi bildirib ki, bu, adadakı separatçı elementlərə də yanlış siqnallar göndərir.

"Çin ABŞ-ı Tayvana silah satışını dayandırmağa, Tayvanın müstəqilliyini dəstəkləməmək üzrə öhdəliklərini yerinə yetirməyə və Çinin daxili işlərinə qarışmağı dayandırmağa çağırır", deyə Vu Qian bildirib.

O, həmçinin vurğulayıb ki, Pekini cilovlamaq üçün Tayvandan istifadə etmək cəhdləri məhvə məhkumdur və Çin ordusu ölkənin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməyə hazırdır.

Samir

0