Aİ "Orban probleminə" həll yolu tapmalıdır - FT

DÜNYA
19:39 / 19.12.2023
495

Ötən həftə Avropa İttifaqı Macarıstanın baş naziri Viktor Orbanın müqavimətinə və veto təhlükəsinə baxmayaraq, Ukrayna ilə üzvlük danışıqlarının başlanmasına dair razılaşmanı təsdiq edə bildi. Bununla belə, Orban hələ də Aİ-nin Kiyevə 50 milyard avroluq yardımla bağlı razılaşmasını əngəlləyib, Ukraynanın Rusiya ilə müharibəsini maliyyələşdirmək imkanını təhlükə altına qoyub.

HİT.az xəbər verir ki, bunu “Financial Times” yazıb. 

Nəşr qeyd edir ki, 2024-cü ildə Ukraynaya pul axınını təmin etmək və Aİ-nin effektiv geosiyasi oyunçu kimi qalması üçün “Orban problemi”nin həlli yollarını tapmalıdır.

FT yazır ki, Orbanı əsasən pul idarə edir. Macarıstan iqtisadiyyatını dəstəkləmək və dəstəyi təmin etmək üçün ona Aİ-nin vəsaiti lazımdır. Macarıstanın baş naziri ötən həftə dondurulmuş vəsaitləri açmaq üçün Ukrayna ilə bağlı mövqeyindən istifadə etməyə çalışıb. O, həmçinin bilir ki, Kiyevin Aİ-yə mümkün üzvlüyü Macarıstan və digər Mərkəzi Avropa ölkələri üçün maliyyə axınını azaldacaq.

"Orbanın müsahibəsində dediyi kimi "Aİ-ni tərk etmək" arzusu yoxdur. Bunun əvəzinə, həmfikir müttəfiqləri ilə birlikdə "liderliyi ələ keçirmək" istəyir. Lakin keçən həftə Macarıstan liderinin bu məqsəddən nə qədər uzaq olduğu, xüsusən də Polşanın kurs dəyişikliyindən sonra və digər ölkələrdəki populist liderlərin və partiyaların nailiyyətlərinə baxmayaraq, aydın oldu", deyə FT yazır və 26 Aİ liderinin Ukrayna ilə bağlı səsvermədə Orbana qarşı çıxdığını qeyd edir.

Eyni zamanda, Orban maneələr yaratmağa davam edir. Nəşr qeyd edir ki, buna görə də, Aİ ölkələri Macarıstanın və eyni yolu tuta biləcək digər ölkələrin qanun pozuntularının qarşısını almaq üçün əllərində olan vasitələrdən istifadə etmək üçün səylərini ikiqat artırmalıdırlar və bloklanmış pulları daha da açmaq üçün heç bir "çirkli" sövdələşmələrə getməməlidirlər.

Samir

0