Ən maraqlı məlumatlar: TOP-10

MARAQLI
18:03 / 19.12.2023
1204

İnsanları maarifləndirən məlumatlar rubrikamız öz axarında davam edir. 

Bu dəfə də bir çox maraqlı məqamlara nəzər salacağıq. Onlar arasında insanlar və heyvanlarlara dair qəribə məlumatlar var. Üstəlik, bəzi tarixi faktları da diqqətinizə çatdıracağıq. 

HİT.az siyahını təqdim edir. 

1. Dünyanın ən məşhur rəssamlarından olan Leonardo da Vinçi barəsində inanılmaz faktla başlayırıq. O, bir əli ilə rəsm çəkib, digəri ilə yaza bilirdi.
2. Sizi də ağcaqanad səsi bezdirir? Şübhəsiz ki, hər birimiz bu səsi sevmirik. Belə ki, ağcaqanadların saniyədə 500 dəfə qanad çırpması nəticəsində bu səsin yarandığı ortaya çıxıb. 
3. Ən sirli heyvanlardan olan dəniz ulduzlarının ürəyi və beyni olmadığını bilirdiniz? 
4. İndi isə dünyanın ən zəngin adamlarından biri olmuş Stiv Cobsla bağlı maraqlı məlumatı diqqətinizə çatdırırq. Onun anası amerikalı, atası isə suriyalı olub. Lakin dünyaya gəldikdən qısa müddət sonra amerikalı bir ailəyə övladlıq verilib. 
5. 1,7 kiloqram ağırlığında olan dəvəquşu yumurtasını qaynatmaq üçün 40 dəqiqə vaxt lazımdır. 
6. Tıxaclardan yorulursunuz? O zaman dünyanın ən dəhşətli tıxacına baxaq. Belə ki, 2010-cu ildə Çində baş verən tıxac 12 gün davam etdi və avtomobillər bir gündə cəmi 966 metr hərəkət edə bildi.
7. Dünyanın ən zəhərli və ölümcül heyvanlarından biri də ox qurbağasıdır. Onun dərisindəki zəhər 150 insanı, 30 min siçanı öldürəcək qədər güclüdür.
8. Osmanlı İmperiyasının əfsanəvi padşahlarından olan Sultan Süleyman vəsiyyətində bir əlinin tabutdan çıxarılmasını və bununla da dünyadan əliboş getdiyinin görünməsini istəmişdi. 
9. Araşdırmalar zamanı məlum olub ki, insanlar yuxu gördükləri zaman xoruldamırlar. 
10. Tükürpədici faktla siyahını yekunlaşdırırıq. Deməli, bir insanın istəmədən həyatı boyu orta hesabla 70 böcək və 10 hörümçək udduğu məlum olub. Belə halların əksəriyyəti isə biz yatdığımız zaman baş verir. 

Pərviz

1