Taxıl Dəhlizi yenidən bərpa oluna bilər? - ŞƏRH

DÜNYA
13:13 / 20.12.2023
424

Rusiya ilə Ukrayna arasında yenidən Taxıl Dəhlizinin açılması gündəmdədir. 

Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə açıqlama verib. O, bununla bağlı Rusiya Prezidenti Vladimir Putinlə müzakirə aparacağını deyib. Ərdoğan Taxıl Dəhlizinin yenidən bərpa oluna biləcəyini deyib. 

Bəs yaxın gələcəkdə Taxıl Dəhlizi yenidən bərpa oluna bilər? 

Politoloq Turab Rzayev HİT.az-a açıqlamasında deyib ki, Taxıl Dəhlizi məsələsi Rəcəb Tayyib Ərdoğan üçün şəxsi qürur məsələsidir:

340255

"Ona görə də bu məsələ ilə bağlı çox həssas münasibət göstərir. Çünki Taxıl Dəhlizi Ərdoğanın birbaşa təşəbbüsü ilə Ukrayna böhranında atəşkəsə aparan bir neçə addımdan biridir. Türkiyə Prezidenti çalışır ki, onun vasitəsilə Ukraynada sülh prosesi başlasın.

Hətta Qərb ölkələri və Türkiyəni sevməyən dövlətlər də etiraf edirlər ki, Rəcəb Tayyib Ərdoğan həm Rusiya, həm də Ukrayna ilə münasibət qura bilən bir neçə prezidentdən biridir. Ona görə də Ərdoğan bu imici itirmək istəmir. Baxmayaraq ki, bu dəhliz sayəsində taxıl kasıb Afrika ölkələri əvəzinə, Avropa ölkələrinə gedir. Bunu Ərdoğan da etiraf edir".

Politoloq hesab edir ki, Ərdoğan həm öz imici, həm də Afrika ölkələri üçün Taxıl Dəhlizini bərpa etməyə çalışır:

"Çünki Afrika, Asiya və Latın Amerika ölkələrinin Türkiyə ilə münasibətləri çox əhəmiyyətlidir. Həmçinin, özünün təklifi olan Taxıl Dəhlizinin bütün dünya üçün nə qədər əhəmiyyətli olduğunu göstərməyə çalışır. Eyni zamanda, Ərdoğan bu addımı ilə özünün və ölkəsinin Qərb, NATO və Ukrayna üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir". 

Pərviz

0