Gürcüstan: "Aİ-yə namizəd statusu maliyyə faydası vermir, amma..."

DÜNYA
19:42 / 20.12.2023
342

Hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının rəhbəri İrakli Kobaxidze bildirib ki, Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusu Tiflisə maliyyə faydası gətirmir. 

HİT.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, ölkə üçün siyasi mesajdır.

"Biz ictimaiyyətə həqiqəti deməliyik. Aİ üzvlüyünə namizəd olmağın maliyyə və iqtisadi baxımdan konkret, nəzərəçarpacaq faydası yoxdur, lakin bu, mühüm siyasi mesajdır", deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, Aİ-dən gələn mesaj ölkəyə böyük enerji ilə yekun inteqrasiyanı təmin etmək üçün stimul verir. O, Aİ-yə üzv olmaq üçün namizəd statusunun maliyyə və iqtisadi fayda gətirdiyi barədə məlumatları təkzib edib.

"Biz o vaxt, perspektivlər qeyri-müəyyən olanda ictimaiyyətə yalan danışmamışıq və indi də, bizə artıq namizəd statusu veriləndə bunu demirik", deyə o, vurğulayıb.

Dekabrın 14-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bəyan edib ki, regional birliyə üzv ölkələrin liderləri və baş nazirləri Gürcüstana təşkilata üzv olmaq üçün namizəd dövlət statusunun verilməsi barədə qərar qəbul ediblər. O, qeyd edib, bu, Aİ-nin builki yekun sammiti zamanı baş verib.

Samir

0