"Ukrayna münaqişəsinə görə Avropanın yorğunluğuna panika da əlavə olunub"

DÜNYA
23:58 / 20.12.2023
559

"Onlar Avropa İttifaqının genişlənməsi planları və Avropada Ukraynaya davamlı dəstəyin verilməsi ilə bağlı bəyanatlarla yaranan çaxnaşmanı gizlətmək istəyirlər".

HİT.az xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə keçmiş dövlət katibi Pyer Leluş "Le Figaro" qəzetinə deyib.

Diplomat qeyd edib ki, hazırkı Avropa liderləri Avropa İttifaqını 35-36 ölkəyə genişləndirməyə çalışırlar. Lakin Birləşmiş Ştatlar Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxsa da, Avropa İttfaqı hökumətləri Kiyevə yeni tranşlar ayırmaqda gecikir, eyni zamanda böyük geosiyasi ambisiyalarını nümayiş etdirməkdə davam edir.

O xatırladıb ki, Avropa hələ də öz iqtisadiyyatını müharibə vəziyyətinə keçirə bilməyib və buna görə də yüksək intensivlikli münaqişədə uzun müddət iştirak etmək iqtidarında deyil.

"Avropada bu sonsuz müharibənin yorğunluğuna narahatlıq, hətta çaxnaşma da əlavə olunur", deyə keçmiş dövlət katibi yekunlaşdırıb.

Samir

0