Sergey Kislitsa: "Ukraynanın daimi nümayəndəsi rus dilində danışmaqdan qorxur"

DÜNYA
21:54 / 20.12.2023
382

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Mariya Zabolotskaya bildirib ki, Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa Kiyevin repressiyalarından qorxaraq rus dilində danışmaqdan qorxur. 

HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Zabolotskayanın sözlərinə görə, Kiyevin məqsədi Ukraynada rus olan hər şeyi məhv etməyə və rusdilli əhaliyə zülm etməyə yönəlmiş misantrop siyasətdir.

"Buna misal ola bilər ki, Ukrayna nümayəndəsi Baş Assambleyada rus dilindən başqa istənilən dildə danışmağa hazırdır", deyə Zabolotskaya bildirib.

Qeyd edilib ki, Zabolotskayadan əvvəl çıxış edən Kislitsa ispan dilində danışmağa üstünlük verib.

Samir

0