ABŞ-ın Avtomobil Yollarında Hərəkətinin Təhlükəsizliyi üzrə Milli İdarəsi (NHTSA) bəzi avtomobillərlə bağlı xəbərdarlıq edib.
HİT.az xəbər verir ki, 52 milyon təhlükəsizlik yastığında problem olduğu açıqlanıb.
"General Motors", "Toyota" və "Volkswagen" kimi markaların avtomobillərində istifadə edilən təhlükəsizlik yastıqlarının yırtılma və metal parçaların qopması riski daşıdığı bildirilib. Hətta sözügedən problemin ABŞ-də 1 nəfərin ölümü, 7 şəxsin yaralanmasına səbəb olduğu qeyd olunub.
Avtomobil istehsalçıları isə yaranan risklərin son dərəcə aşağı olduğunu iddia edirlər. Əgər avtomobillərin geri çağırılması baş verərsə, bu, ABŞ tarixindəki ən böyük geri çağırış olacaq.
Pərviz