Estoniya parlamenti Riigikogu parlament çoxluğunun ölkənin baş naziri Kaya Kallasın həyat yoldaşının “Rusiya biznesini” araşdırmaq üçün xüsusi istintaq komissiyasının yaradılması layihəsini rədd edib.
HİT.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb.
Arvo Hallikin Rusiya ilə biznesini araşdırmaq üçün xüsusi komissiyanın yaradılması layihəsi müxalifət partiyası İsamaa (Vətən) tərəfindən irəli sürülüb. Səsvermə nəticəsində 101 deputatdan 51-i layihənin rədd edilməsini dəstəkləyib, daha 13 deputat səsvermədə iştirak etməyib.
Estoniyanın baş naziri mediada "Stark Logistics" nəqliyyat şirkətinin Rusiya ilə əməkdaşlığı davam etdirməsi ilə bağlı yayılan məlumatlara görə qalmaqalla üzləşib. Söhbət qismən baş nazirin ərinə məxsus olan şirkətdən gedir. Kaya Kallas özü ərinin işi haqqında demək olar ki, heç nə bilmədiyini təkid edir.
Daha sonra Kaya Kallas bildirib ki, əri Rusiya ilə işləməyə davam edən "Stark Logistics"in payını “bir sendviç qiymətinə” satıb.
Bundan əvvəl Estoniya prezidenti Alar Karis bildirib ki, ölkənin baş naziri Kaja Kallas əri Arvo Halliklə bağlı qalmaqalla bağlı cəmiyyətə izahat verməyə borcludur.
Samir