İsrail etiraf edir ki, Fələstin-İsrail münaqişəsi həll edildikdən sonra Fələstin Milli Administrasiyası (PNA) Qəzza zolağına rəhbərlik edə biləcək, lakin onun islahata ehtiyacı var.
HİT.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti İsrail Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbiyə istinadən yazıb.
"İsrailin Qəzzada mülki işlərə nəzarət etməkdə marağı yoxdur və geniş dəstək və legitimliyə malik olan mötədil Fələstinin idarəetmə orqanı olmalıdır... Bunun kimin olacağına qərar vermək bizim ixtiyarımızda deyil", deyə o, bildirib.
Haneqbi həmçinin beynəlxalq ictimaiyyətin PNA-nın münaqişədən sonra Qəzza zolağında işlərə nəzarəti öz üzərinə götürməsi istəyini qeyd edib, lakin bunun islahatlar olmadan mümkün olmayacağını, beynəlxalq ictimaiyyətdən çox iş və yardım tələb edəcəyini vurğulayıb.
Təhlükəsizlik Şurasının rəhbəri həmçinin bildirib ki, İsrail bu səylərə dəstək olmağa hazırdır.
Samir