Amerika kəşfiyyat agentlikləri son vaxtlar İsrailin Qəzza zolağında hərbi əməliyyatlarının davam etməsi fonunda Fələstin HƏMAS hərəkatının ərəb dünyasında artan nüfuzunu və təsirini qeyd ediblər.
HİT.az xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.
"ABŞ kəşfiyyat agentliklərinin yeni araşdırma dalğası HƏMAS-ın nüfuzunun və təsirinin kəskin şəkildə artdığına dair xəbərdarlıq edib", deyə telekanalın məlumatında bildirilir.
Qeyd olunur ki, Fələstin hərəkatının artan nüfuzu xüsusilə HƏMAS-ın özünü “Fələstin davasının müdafiəçisi və İsrailə qarşı effektiv döyüşçü” kimi göstərdiyi ərəb dünyasında nəzərə çarpır.
CNN bildirib ki, İsrailin "amansız" hava kampaniyası Qəzza zolağında minlərlə dinc sakinin ölümünə səbəb olub və HƏMAS "qadınları və uşaqları öldürən qəddar zalımla mübarizə aparan tək silahlı qrupa çevrilib".
Samir