Orban: "Ukraynanın NATO-ya olsa, biz ertəsi gün ora qoşun göndərməli olacağıq"

DÜNYA
17:30 / 21.12.2023
508

"Macarıstan Ukraynanın NATO-ya üzvlük istəklərini dəstəkləmir, çünki bu, ittifaqı dərhal hərbi münaqişəyə cəlb etmək demək olardı". 

HİT.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

"Ukraynanın NATO-ya üzvlüyü o deməkdir ki, biz ertəsi gün səhər oraya qoşun göndərmək məcburiyyətində qalacağıq. Biz bunu istəmirik", deyə Orban bildirib.

Dekabrın 20-də Slovakiyanın baş naziri Robert Fiko da oxşar bəyanatla çıxış edib: "Biz Ukraynanın NATO-ya üzvlüyü ilə razılaşmayacağıq, çünki bu, III Dünya müharibəsinin başlanğıcı olacaq".

Dekabrın 19-da ölkə prezidenti Volodimir Zelenski Ukraynanın NATO-da iştirakı barədə danışıb: "Biz NATO-ya dəvət olunmuruq. Qismən iştirak siqnalları, açığı, cəfəngiyyatdır".

Bundan əlavə, o əlavə edib ki, ayrı-ayrı Qərb ölkələri ilə ikitərəfli təhlükəsizlik zəmanətləri üzrə təmaslar gözlənildiyindən daha ləng gedir.

Samir

0