Polşa Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri və onun Polşa Nazirlər Kabinetindəki müavinləri Mariuş Kaminski və Maçey Vonsik deputat mandatlarından məhrum ediliblər.
HİT.az xəbər verir ki, bu barədə Polşa Seyminin ofisi X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) məlumat yayıb.
"Seym spikeri Şimon Holovnia deputatlar Mariuş Kaminski və Maçey Vonsikin mandatlarından məhrum edilməsi barədə qərarlar imzalayıb", deyə ofisin açıqlamasında bildirilir.
Polşa KİV-lərinin məlumatına görə, 2015-ci ilin martında Varşava-Şrodmiyeşye Dairə Məhkəməsi Kaminski və Vonsiki vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə 3,5 il müddətinə azadlıqdan məhrum edib. Lakin daha sonra prezident kimi fəaliyyətə başlayan Anjey Duda hüquq normalarına zidd olaraq Kaminski və Vonsiki əfv edib.
2023-cü ilin iyununda Polşa məhkəməsi Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri və onun müavininin işlərinin dayandırılmasını ləğv edib.
Samir