Niderland gələn il Ukraynaya ilk yardım paketinin məbləğini açıqladı

DÜNYA
18:14 / 21.12.2023
329

Niderland 2024-cü ildə ilk yardım paketi çərçivəsində Ukraynaya 102 milyon avro ayıracaq.

HİT.az bu barədə hökumətin yaydığı bəyanata istinadən xəbər verir.

"Niderland 2024-cü ildə ilk yardım paketi çərçivəsində Ukraynaya dəstək üçün 102 milyon avro ayıracaq", deyə sənəddə qeyd edilir.

Aydınlaşdırılır ki, bu məbləğ gələn ilin ilk 4 ayı üçün “Ukraynanın qışdan sağ çıxmasına və yaza hazırlaşmasına kömək etmək üçün” hesablanıb.

Bundan əvvəl Yaponiyanın Ukraynaya 950 milyon dollardan çox maliyyə yardımı göndərdiyi bildirilirdi. Dekabrın 21-də Avropa Komissiyası 2023-cü il üçün Ukraynaya maliyyə yardımının son tranşını köçürüb. Bir gün əvvəl Kiyev BVF-yə uyğun olaraq xarici borclanma ehtiyacını 41 milyard dollardan 37 milyard dollara düzəldib.

Samir

0