2023-cü ilin yanvar-noyabr aylarında Çin iqtisadiyyatına birbaşa xarici investisiyalar (BXİ) illik müqayisədə 10% azalıb.
HİT.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin məlumatlarında bildirilir.
Nazirliyin məlumatına görə, ölkəyə yatırılan xarici investisiyaların həcmi 1,04 trilyon yuana (146 milyard dollar) çatıb. BXİ ən çox xidmət sektorunda - 15,9% azalıb. İstehsal sənayesində isə azalma 2,1% təşkil edib. Lakin yüksək texnologiya sektoruna 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,8% daha çox investisiya qoyulub.
Eyni zamanda, 2023-cü ilin əvvəlindən Çində bir il əvvəlkindən 36,2% çox - 48 min xarici müəssisə açılıb. Və bütün ötən ilin yekunlarına görə, XBİ daxilolmaları 6,3% artıb.
Bundan əvvəl CNN Çində ciddi deflyasiya problemi barədə məlumat vermişdi. Daşınmaz əmlak bazarındakı böhran və aşağı tələb səbəbindən iqtisadi aktivlik zəifləyir. Macquarie Group Ltd-dən Larri Hu görə, pərakəndə satışlar noyabr ayında 1,9% azalıb. Çin statistikası tərəfindən qeydə alınan artım yalnız bir il əvvəl qaldırılan koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərlə bağlıdır.
Samir