Həbsdə olan aktyorun 3 milyondan çox borcu var

DÜNYA
23:19 / 21.12.2023
363

Moskvanın mərkəzində ölümlə nəticələnən yol qəzasında günahkar bilinən və 8 il azadlıqdan məhrum edilən rus aktyor Mixail Yefremovun 195 milyon rubl (təxminən 3 milyon 601 min 955 manat) borcu olduğu ortaya çıxıb.

Bu haqda “Shot" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, onun Federal Vergi Xidmətinə borcu var.

Qeyd edək ki, M. Yefermovun vəkili azərbaycanlı Elman Paşayev olub. Paşayev məhkəmə prosesi müddətində aktyorun sükan arxasında olmaması barədə dəfələrlə vəsatət qaldırıb, şahidin olduğunu bildirsə də, məhkəmə vəkilin vəsatətini təmin etməyib.//Axşam.az 

0