Viktor Orban: "Ankara ilə Budapeşt arasında heç bir razılaşma yoxdur"

DÜNYA
18:46 / 21.12.2023
319

"Türkiyə və Macarıstan İsveçin NATO-ya daxil olması məsələsində bir-birindən ayrı hərəkət edir. Ankara ilə Budapeşt arasında heç bir razılaşma yoxdur".

HİT.az Macarıstanın "Telex" portalına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Viktor Orban deyib.

"Hər iki ölkə bu məsələ ilə bağlı müstəqil qərar verə bilər. Macarıstan parlamenti bunda israrlıdır, qərarı onlar müəyyən edəcək", deyə Orban bildirib.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Elinken İsveçin tezliklə NATO-ya qoşulmalı olduğunu və bunun Şimali Atlantika Alyansının güclənməsinə kömək edəcəyini deyib. 

Qeyd edək ki, İsveçin NATO-ya üzvlük ərizəsini indiyədək yalnız Türkiyə və Macarıstan ratfikasiya etməyib. Əvəzində hər iki ölkə Finlandiyanın Alyansa qoşulmasına müsbət cavab verib.

Samir

0