Ukrayna hakimiyyəti yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələri sıralarına daha 500 min nəfərin səfərbər edilməsi məsələsi ilə bağlı nəticəyə gələcək.
HİT.az xəbər verir ki, bu barədə UNİAN xəbər agentliyi Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) katibi Aleksey Danilova istinadən məlumat yayıb.
"Ölkə hakimiyyəti yaxın gələcəkdə bu suala cavab tapmaq niyyətindədir", deyə Danilov bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının qərargahının ötən dörd iclasında daha yarım milyon ukraynalının əlavə səfərbər edilməsi məsələsi qaldırılıb, müzakirələr çətin keçib.
MTŞ katibi təsdiqləyib ki, Ukrayna Ordusunun Baş Qərargahı və ölkənin Müdafiə Nazirliyi əlavə çağırışla bağlı öz baxışlarını təklif edir, lakin yekun qərarı bu təşəbbüsü təsdiq və ya rədd edən Ali Rada verəcək.
"Elan edilmiş rəqəm həqiqətən zəruridir", deyə Danilov bildirib.
Samir