Çin Xalq Respublikası Mərkəzi Hərbi Komissiyasının (MHK) Birləşmiş Qərargah rəisi, general Liu Zenli bildirib ki, ABŞ söz və hərəkətlərdə diqqətli olmalıdır.
HİT.az xəbər verir ki, general bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun ilə videokonfrans zamanı danışıb.
Liu Zenli qeyd edib ki, ABŞ tərəfinin Çini düzgün başa düşməsi Çin və ABŞ hərbçiləri arasında sağlam, sabit və davamlı münasibətlərin inkişafının açarıdır.
"ABŞ tərəfinin Çinin əsas maraqlarına və əsas narahatlıqlarına həqiqətən hörmət etməsi və diqqəti praktiki əməkdaşlığın təşviqinə və qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəltməsi də vacibdir", deyə ÇXR Mərkəzi Hərbi Komissiyasının Birgə Qərargahının rəhbəri bildirib.
Bundan əvvəl ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem Pekinin Tayvana nəzarəti bərpa etməyə cəhd edəcəyi təqdirdə Çini "cəhənnəm sanksiyaları" ilə hədələmişdi. Belə ki, senator Si Tsinpinin San-Fransiskoda ABŞ prezidenti Co Baydenlə görüşü zamanı Tayvanın Çinlə yenidən birləşəcəyini ona birbaşa söyləməsi barədə məlumatlara cavab verib.
Dekabrın 19-da Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian ABŞ-dan Tayvana hərbi təchizat göndərilməsinə etiraz edib. Onun sözlərinə görə, Pekin ada üzərində öz suverenliyini müdafiə etmək niyyətindədir.
Samir