"Adını yalnız belə mövzularda hallandıracam!" - Xalq artistinin oğlu

MAQAZİN
13:27 / 22.12.2023
448

Heç nə yox, bircə məni kaş ki, bu 3 günün birində gəlib elə bu salonda beləcə izləyərdin, papa! Hər şeyimi qurban verərdim bu mənzərəni canlı görməkdən ötrü!

Bu sözləri mərhum aktyor və Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz sosial mediada yazıb. Aktyor "Komedixana" kollektivinin 3 gün ardıcıl olaraq Heydər Əliyev adına Respublika Sarayında keçirilən "Qar topu" konsert proqramı barədə təəssüratlarını bölüşüb. Aktyor qeyd edib ki, bu günlərdə atasının da yanında olmasını və uğurlarına şahidlik etməsini istərdi.

"Səni yalnız belə xatırlayacam, papa, yalnız yaradıcılıq, səhnə, kino və teatr aləmində işimizə aid mövzularda xatırlayacam, adını yalnız belə mövzularda hallandıracam! Çünki səni yalnız belə mövzularda və insani keyfiyyətlərindən söhbət düşəndə xatırlamaq lazımdır, sənə, mənə, bizə aid olmayan söhbətlərdə yox! Səni özümdən çox sevirəm, amma bilmək olmaz, bəlkə də izləmisən. Bəlkə də biz bilmədik, görmədik papa, sən Ramiz Novruzsansa, mənim həm atam, həm sənət yoldaşım, həm teatrdakı otaq yoldaşımsansa, bəlkə də izləmisən, ola da bilər! İlk dəfə idi hansısa uğurumla bağlı səninlə üz-üzə heç nə bölüşə bilmədim, içim yanır, yanır içim, PAPA...", - aktyor qeyd edib.

Qeyd edək ki, atasının adını yalnız sənətlə əlaqəli hallandıracağını qeyd edən aktyorun bacısı, tanınmış vizajist Şəfəq Novruz ilə böyük qardaşı Nəriman Novruzun keçmiş həyat yoldaşı Əzizə arasında bu yaxınlarda qalmaqal yaşanmışdı. Onlar bir-birinin ünvanına xoşagəlməz sözlər deyərək, sosial şəbəkələrdə bu mövzuda paylaşımlar etmişdilər. Bundan sonra tərəflər bu məsələni ailə içində və öz aralarında həll edib, barışdıqlarını açıqlasa da, mübahisənin sülhlə bitmədiyi üzə çıxıb. Sözügedən söhbətlərə görə, Şəfəq Novruzla Cavidan Novruz arasında da küskünlük yarandığı iddia edilir.

0