Zelenskinin ofisi əks-hücum əməliyyatında uğursuzluğu etiraf etdi

DÜNYA
16:17 / 22.12.2023
752

Ukrayna prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “Kanal 24” telekanalına müsahibəsində bildirib ki, ölkə silahlı qüvvələrinin əks-hücum əməliyyatı ondan gözlənilən nəticəni verməyib.

HİT.az xəbər cerir ki, onun fikrincə, Kiyevin ümid bəslədiyi nəticə artıq silahlı münaqişənin bitməsindən xəbər verəcəkdi.

Podolyak əlavə edib ki, Ukrayna daha effektiv görünmək üçün hərbi taktika və strategiyada etməli olduğu dəyişikliklərdən xəbərdardır.

Ukrayna əks-hücumuna iyunun 4-də başlayıb. Üç ay sonra Rusiya prezidenti Vladimir Putin hücumu “uğursuzluq” adlandırıb.

Bir gün əvvəl Rusiya müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov xarici hərbi attaşelər üçün hərbi idarənin fəaliyyətinin nəticələrinə dair brifinq zamanı Ukrayna Silahlı Qüvvələrinin 6 il ərzində itkilərinin olduğunu bildirib. 

Daha əvvəl Almaniyanın "Welt" nəşri Ukraynanın 2024-cü ildə yeni əks-hücum planlaşdırdığını yazıb.

Samir

0