Ağ Ev Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək

DÜNYA
21:21 / 22.12.2023
361

ABŞ prezidenti Co Bayden maliyyə sektorunda Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi haqqında fərman imzalamaq niyyətindədir. 

HİT.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

Məlumatda Rusiya Federasiyasının maliyyə vasitəçilərinə diqqət yetiriləcəyi dəqiqləşdirilir.

"Dünyanın demək olar ki, hər bir bankına Rusiya hərbi-sənaye kompleksinə mal satmağa davam etmək və ya ABŞ-ın maliyyə sisteminə bağlanmaq arasında seçim verilir", deyə Ağ Ev bildirib.

Qeyd edilib ki, maliyyə institutları ABŞ iqtisadiyyatının daha böyük olması və onun valyutasının bütün dünyada istifadə olunması səbəbindən Rusiya Federasiyası ilə əməkdaşlığı seçmək istəmirlər.

Dekabrın 20-də ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını yeniləyib. Maliyyə Nazirliyinin məlumatına görə, məhdudiyyətlərə neft nəqli üzrə ixtisaslaşmış Honq-Konq şirkətləri "Bellatrix Energy" və "Covart Energy", həmçinin Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş şirkətlər - gəmiçiliklə məşğul olan "SUN Ship Management" və ticarətlə məşğul olan "Voliton DMCC" daxildir. 

Samir

0