NATO-ya üzv ölkələr öz qoşunlarını Ukraynaya göndərə bilər.
HİT.az xəbər veror ki, bunu Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili bu barədə Dmitri Qordona müsahibəsində bildirib.
“Məndə olan məlumata görə, ABŞ və bir sıra Avropa ölkələri Ukraynada müharibəyə birbaşa girməyə hazırlaşır. Onlar ABŞ-ın cənubunda məhz bu istiqamətdə təlimlər keçirirlər. Üstəlik, bunlar təkcə hava əməliyyatları deyil, həm də quru qoşunlarının göndərilməsi nəzərdən keçirilir və hazırlanır”, deyə Saakaşvili bildirib.
Saakaşvili əlavə edib ki, NATO münaqişəyə müdaxilə edərsə, döyüşlər ən qısa zamanda başa çatacaq.
Samir