Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Burns ABŞ-ın girovların azad edilməsi üçün İsrail və Fələstinin HƏMAS hərəkatı arasında danışıqları asanlaşdırmaq səylərində əsas fiqur olub.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" adı açıqlanmayan bölgə rəsmilərinə istinadən məlumat yayıb.
"Ərəbcə danışan Burnsun mekik diplomatiyası ona cari böhranda Birləşmiş Ştatların əsas həmsöhbəti kimi tez bir zamanda ərəb hökumətləri arasında reputasiya qazandırdı", deyə mənbə bildirir.
MKİ direktoru İsrailin MOSSAD xidmətinin rəhbəri David Barnea ilə sıx əməkdaşlıq edib və Ağ Evin Yaxın Şərq koordinatoru Brett Makqurk və digərləri ilə işləyərək Qəzza zolağında döyüşlərin dayandırılması üzrə danışıqlarda mərkəzi rol oynayıb.
Bundan əvvəl İsrail radikal Fələstinin HƏMAS hərəkatına qadın, qoca və xəstə kişilər də daxil olmaqla 35-ə yaxın girovu azad etmək müqabilində Qəzza zolağında bir həftəlik atəşkəs təklif etmişdi.
Samir