Azərbaycan Professional Kinorejissorlar Gildiyası İctimai Birliyi “Citynet” və “Uninet” internet provayderlərini məhkəməyə verib.
Hit.az xəbər verir ki, birliyin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
İş hakim Zaur Pirverdiyevin icraatındadır.
İşin mahiyyəti müəlliflik hüququ ilə əlaqədardır.
Əqli Mülkiyyət Agentliyi iş üzrə maraqlı şəxs qismində çıxış edir.
Anar