“Muğan” Firması məhkəmə qarşısında

19:40 / 22.12.2023
585

“Muğan” Firmasına protokol yazılıb. 

Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə ittiham olunur.

İşə Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə baxılacaq.

215.1-ci maddədə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Anar

0