Niderland Ukraynaya Aİ-yə daxil olmaq yolunda kömək təklif etdi

DÜNYA
20:39 / 22.12.2023
517

Niderland Ukraynaya Avropa İttifaqına (Aİ) daxil olmaq yolunda kömək etməyə hazırdır. Hit.az xəbər verir ki, bu barədə Niderlandın Baş naziri Mark Rutte X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

Rutte bildirib ki, Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı olub. Onlar Avropa Şurasının Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq barədə qərarını müzakirə ediblər.

"Ukraynanın tərəqqisindən heyranam və Niderland Ukraynaya üzvlük prosesinin tələb etdiyi islahatlar istiqamətində işləməyə davam etdiyi üçün ona kömək etməyə hazırdır”, deyə Rutte bildirib.

Samir

0