İranda zəlzələ oldu - Ermənistanda da hiss edildi

DÜNYA
10:17 / 23.12.2023
614

İranda 4,6 maqnitudalı zəlzələ olub.

Bu barədə Ermənistan DİN Xilasetmə Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Təbriz şəhərindən 33 km şimal-şərqdə qeydə alınıb, ocağı isə 10 km dərinlikdə yerləşib.

Təkanın episentrdə gücü 6 bal təşkil edib.

2-3 ballıq yeraltı təkanlar Ermənistanda da hiss olunub.

0
Qafqazinfo