Polisin əmrinə tabe olmadı, parkinqdə saxlanıldı - VİDEO

HADİSƏ
15:12 / 25.12.2023
574

Paytaxtda qaydaları kobud şəkildə pozan sürücü yol polisindən qaçmağa çalışıb. 

HİT.az xəbər verir ki, dekabrın 24-də baş verib. Dövlət nömrə nişanı 100 olan "Mercedes" markalı avtomobilin sürücüsü qəza törədərək hadisə yerindən yayınmağa çalışıb. DYP əməkdaşları onu təhlükəsizlik qaydalarına uyğun olaraq təqib edib. Sürücü yol polisindən də yayınmaq məqsədilə “Park Azure”nin yeraltı parkinqinə daxil olub. Təqib zamanı parkinqdə 15 dövrə vuran sürücünü DYP əməkdaşları heç bir avtomobilə zərər vurmadan saxlamağa nail olub.

Qeyd edək ki, sözügedən şəxs Xətai rayonu polis idarəsinin 37-ci bölməsinə təhvil verilib. Sürücü barəsində polisə tabe olmadığına görə həm protokol tərtib edilib, həm də cərimə olunub. Polis bölməsində məlum olub ki, qəza törədən və polisdən yayınmağa çalışan şəxsin həm sürücülük hüququ, həm də psixi xəstəliyi var.  

Faktla bağlı araşdırma aparılır.

 

0