ABŞ-ın respublikaçı senatoru Bill Haqerti hazırkı prezident Co Baydenin Yaxın Şərqdəki siyasətini tənqid edib.
HİT.az-ın məlumatına görə, o qeyd edib ki, Vaşinqton İsrailə “qarışıq siqnallar” göndərir və İranı “rahatlaşdırmağa” çalışır.
“Diplomatik nöqteyi-nəzərdən İsrailə qarışıq siqnallar göndəririk. Bilirsiniz, biz atəşkəsdən danışırıq. Biz Qəzzaya humanitar yardım göndərməkdən danışırıq. Bu qarışıq mesajlar və İrana HƏMAS, Hizbullah və Husilərə lazım olan silahları verməyə icazə verməmiz bu vəziyyəti yaradıb”, deyə Haqerti bildirib.
O qeyd edib ki, ABŞ iqtisadi və diplomatik baxımdan İsraillə münasibətdə son dərəcə qeyri-sabitdir. Onun sözlərinə görə, Co Bayden administrasiyası İran rejimini sakitləşdirməyə çalışır.
Samir