Saakaşvilinin vəziyyəti necədir? - Xəstəxanadan açıqlama

DÜNYA
16:30 / 25.12.2023
577

Tiflisdəki “Vivamed” özəl klinikasında müalicə olunan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ümumi vəziyyəti yaxşılaşıb, lakin müalicə xəstəxanada davam etdirilməlidir. 

HİT.az xəbər verir ki, bu barədə “İmedi” telekanalına tibb müəssisəsinin klinik direktoru Zurab Çxaidze məlumat verib.

“Xəstənin (Saakaşvili) ümumi vəziyyəti təbii ki, yaxşılaşıb. Onun həyati parametrləri yaxşılaşıb, lakin laboratoriya testlərinin nəticələri hələ də diqqət tələb edir. Onun qan təzyiqi vaxtaşırı dəyişir, bu da tez-tez ziyarətçilərlə əlaqələndirilir", deyə Çxaidze bildirib.

Onun sözlərinə görə, Saakaşvilinin vəziyyəti stasionar müalicə üçün zəruri olan meyarlara uyğundur.

Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib. Saakaşvili özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb. Sonradan eks-prezidentin səhhəti ciddi şəkildə pisləşdi, 2022-ci ilin mayında müayinə olunmaq üçün həbsxanadan paytaxtdakı klinikaya köçürülüb. 

Samir

0